
05.02.2026
05 fevral 2026-cı il tarixdə Ağstafa şəhər H.Arif adına Uşaq Musiqi Məktəbində dahi bəstəkar Qara Qarayevin anadan olmasının 108-ci ildönümü münasibəti ilə tədbir keçirildi. Tədbirdə öncə Q.Qarayevin həyat və yaradıcılığını əks etdirən video çarx nümayiş etdirildi. Daha sonra musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında bəstəkarın əsərləri səsləndirildi.