16.12.2025
16 dekabr 2025-ci il tarixdə Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi Tovuz rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə
Korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində vətəndaşların maarifləndirilməsi məqsədi ilə "Dövlət orqanlarının (qurumlarının) fəaliyyətində korrupsiya risklərinin müəyyən edilməsi, təhlili və qarşısının alınması qaydalarının müəyyənləşdirilməsi" mövzusunda görüş keçirilib.
Çıxış edənlər bildiriblər ki, istənilən sahədə İnkişafa mane olan əsas faktorlardan hesab olunan korrupsiya müasir dövrümüzdə dünyanı narahat edən problemdir. Korrupsiyanın mövcudluğu, ilk növbədə: ümumbəşəri və milli dəyərləri sarsıdır, hüquqi dövlət quruculuğuna mane olur, iqtisadi və sosial İnkişafı buxovlayır, cəmiyyətin ehtiyatlarından səmərəsiz istifadə edilməsinə şərait yaradır, aztəminatlı insanlara ziyan vurur. Ona görə korrupsiyaya qarşı mübarizə demokratik və sivil inkişaf yolu seçmiş hər bir dövlətin qarşıya qoyduğu əsas məqsədlərdən hesab olunur. Korrupsiya ictimai həyatın bütün sahələrinə pozucu təsir edir. Bu neqativ təzahür cəmiyyətin mütərəqqi İnkişafına maneə olmaqla yanaşı, həm də ölkənin milli təhlükəsizliyi üçün ciddi problem hesab edilir. Korrupsiya iqtisadi sahədə sağlam bazar rəqabəti mexanizminin pozulmasına, inhisarçılığın yaranması və inkişafına, dövlət büdcə vəsaitinin, xüsusən dövlət sifarişlərinin bölünməsi və kreditlərin qeyri-səmərəli paylanılmasına, cəmiyyətin əksəriyyətinin hesabına korrupsiya münasibətlərində olan bir qrup insanın əsassız varlanmasına, korrupsiya elementlərinin hesabına malın və xidmətlərin qiymətinin artmasına, gizli iqtisadiyyatın formalaşması və inkişafı üçün əlverişli şəraitin yaranmasına gətirib çıxarır ki, bu da son nəticədə dövlətin öz iqtisadi funksiyasını tam həcmdə, səmərəli və ədalətli şəkildə həyata keçirməsinə maneçilik törədir. Korrupsiya ölkənin maddi həyat nemətlərinin kiçik oliqarxik qrupun xeyrinə ədalətsiz şəkildə bölünməsinə, cəmiyyətin böyük hissəsinin yoxsullaşmasına və ölkədə sosial gərginliyin artmasına səbəb olur.
Ölkəmizdə korrupsiyaya qarşı mübarizə qanunçuluq prinsipləri əsasında həyata keçirilir. Şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi korrupsiyaya qarşı mübarizənin əsas prinsipləri kimi təsbit edilib.