Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gədəbəydə “Şirvani yaradıcılığı” adlı tədbir keçirilib

15.12.2025

15.12.2025-ci il tarixində Gədəbəy rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Xidmət şöbəsi tərəfindən Peşə Liseyində oxucuların iştirakı ilə Azərbaycanın görkəmli şairi Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyi münasibətilə “Şirvani yaradıcılığı” adlı tədbir keçirilib.

Tədbirdə çıxışçılar tərəfindən şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib, onun əsərlərində əsas yer tutan doğruluq, insanlara hörmət və yaxşı rəftar kimi mənəvi dəyərlərdən ətraflı bəhs edilib.