Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada “20 Yanvar-Ümumxalq Hüzn Günü” adlı anım tədbiri keçirilib

20.01.2026

20 yanvar 2026 - cı il tarixində Ağstafa rayon Heydər Əliyev Mərkəzində Qazax - Tovuz Regional  Mədəniyyət İdarəsinin Ağstafa rayon üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə ölkəmizin suverenliyi və azadlığı uğrunda mübarizə tarixində şərəfli yer tutan 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə “20 Yanvar-Ümumxalq Hüzn Günü” adlı anım tədbiri keçirildi.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və  Azərbaycanın müstəqilliyi uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edənlər qanlı yanvar hadisələrini Azərbaycan xalqının yaddaşında və tarixində qəhrəmanlıq səhifəsi kimi daim xatırlandığını qeyd etdilər. 1990-cı ilin yanvarında SSRİ qoşun hissələrinin Bakıya yeridilməsi nəticəsində ölkəmizin azadlığı uğrunda mübarizəyə qalxmış dinc sakinlərə qarşı törədilmiş vəhşiliklər və dəhşətli cinayətlərdən bəhs olundu. 20 Yanvar hadisələrinin Azərbaycanın milli kimliyini formalaşdırdığı, qəhrəmanlıq tariximizdə istiqlaliyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi tariximizə həkk olunduğu vurğulandı.
Qeyd edildi ki, yalnız Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib. 

Çıxışlarda o da vurğulanıb ki, 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş hərbi əməliyyatların zəfərlə nəticələnməsi azadlıq uğrunda canlarını fəda edən şəhidlərimizin, o cümlədən 20 Yanvar şəhidlərinin ruhlarını şad edib, onların qisası alınıb.
Tədbirin sonunda 20 Yanvar hadisələrindən bəhs edən videoçarx nümayiş olundu.