Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gədəbəydə “Bir millətin səsi: Soyqırımı unutma!” adlı tədbir keçirilib

31.03.2026

31 mart 2026-cı il tarixdə Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 31 Mart Soyqırımı ilə əlaqədar olaraq “Bir millətin səsi: Soyqırımı unutma!” adlı tədbir keçirilib.
Tədbir başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin və faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Şöhrət Yusubova qeyd edib ki, 31 Mart Soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, ümumilikdə insanlığa qarşı törədilmiş ağır cinayətdir. Bu faciəni unutmamaq, gələcək nəsillərə çatdırmaq və tariximizin bu səhifəsini daim xatırlamaq hər birimizin borcudur.
Bildirilib ki, bu gün biz şəhidlərimizin ruhu qarşısında baş əyir, onların xatirəsini dərin ehtiramla yad edirik. Onların çəkdiyi ağrını unutmaq deyil, yaşatmaq və dünyaya çatdırmaq bizim mənəvi məsuliyyətimizdir.
Daha sonra mövzu ətrafında Heydər Əliyev Mərkəzinin əməkdaşı Aybəniz Əsgərova, Mədəniyyət Mərkəzinin əməkdaşı Afət Məmmədova və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı İlhamə Həsənova çıxış edərək tarixi faktlar və soyqırımın acı nəticələri barədə fikirlərini bölüşüblər.