30.03.2026
30.03.2026 ci il Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə məktəbin direktor v.i.e Arif Əliyev çıxış edərək 31 mart hadisələrinin Azərbaycan xalqının yaddaşında silinməz iz qoyduğunu vurğulayıb, bu faciənin tarixi əhəmiyyəti və gələcək nəsillərə çatdırılmasının vacibliyindən danışıb. Daha sonra tədris işləri üzrə direktor müavini çıxış edərək şagirdlərin vətənpərvər ruhda tərbiyə olunmasının önəmini qeyd edib, belə tədbirlərin maarifləndirici rolunu xüsusi vurğulayıb.
Tədbir çərçivəsində bir neçə müəllim də çıxış edərək 1918-ci ilin mart hadisələri haqqında ətraflı məlumat verən, bu qanlı faciənin səbəbləri və nəticələri barədə fikirlərini səsləndiriblər.
Sonda qeyd olunub ki, belə tədbirlər tariximizin unudulmaması, milli yaddaşımızın qorunması və gələcək nəsillərin düzgün maarifləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.