Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda “Səməd Vurğun – poeziyamızın əbədi səsi” adlı tədbir keçirilib

19.03.2026

Səməd Vurğunun 120 illik yubileyi münasibətilə M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyinin əməkdaşları 19 mart 2026-cı il tarixində Səməd Vurğunun Poeziya Evini ziyarət ediblər.

Ziyarət çərçivəsində “Səməd Vurğun – poeziyamızın əbədi səsi” adlı tədbir keçirilib.
Tədbirdə muzeyin direktoru Məhruzə Hüseynova çıxış edərək Səməd Vurğunun (21 mart 1906 – 27 may 1956) Azərbaycan ədəbiyyatındakı misilsiz xidmətlərindən və poeziyasının əhəmiyyətindən geniş bəhs edib. O, şairin yaradıcılığının bu gün də aktuallığını qoruyub saxladığını və gələcək nəsillər üçün dəyərli irs olduğunu vurğulayıb.
Daha sonra muzeyin digər əməkdaşları çıxış edərək şairin müxtəlif mövzularda qələmə aldığı şeirlərdən parçalar səsləndirib, onun zəngin yaradıcılığına bir daha nəzər salıblar.

Tədbir iştirakçıları tərəfindən Səməd Vurğunun poeziyasına böyük maraqla qarşılanıb.
Sonda Səməd Vurğunun Poeziya Evinin əməkdaşı qonaqları muzeylə tanış edərək ekspozisiyalar haqqında ətraflı izahat verib.
Tədbir şairin xatirəsinə dərin hörmət və ehtiram hissi ilə başa çatıb.