Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəmkirdə “Ümidin Baharı” adlı Novruz şənliyi keçirilib

17.03.2026

Şəmkirdə “Ümidin Baharı” adlı Novruz şənliyi keçirilib

Martın 17-də Şəmkir şəhər Uşaq musiqi məktəbi tərəfindən Şəmkir Uşaq Reabilitasiya Mərkəzində “Ümidin Baharı” adlı Novruz şənliyi təşkil olunub.

Tədbirdə Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi Səbuhi Xasməmmədov, aparatın məsul şəxsləri, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı rayon Komitəsinin sədri Azər İsmayılov və Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndəsi iştirak edib.

Bayram proqramında şagirdlərin ifasında milli musiqi nömrələri səsləndirilib, Kosa, Keçəl və Bahar qızı obrazlarının iştirakı ilə bədii kompozisiyalar təqdim edilib. Tədbirin sonunda uşaqlara bayram hədiyyələri paylanılıb.

“Ümidin Baharı” adlı tədbir iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb və xoş təəssüratlarla yadda qalıb.

Tədbirin əsas məqsədi reabilitasiya mərkəzində müalicə alan uşaqların sosial-mədəni inteqrasiyasına dəstək olmaq və onlara bayram sevinci bəxş etməkdir.