18.03.2026
18 mart tarixində Şəmkir Mədəniyyət Mərkəzinin əməkdaşlarının iştirakı ilə Mahmudlu kəndində Yaşar Əsgərov adına məktəb və Mahmudlu kənd klubunun təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
Tədbirin məqsədi milli-mənəvi dəyərlərimizin təbliği, Novruz ənənələrinin yaşadılması və gənc nəslə aşılanması olub. Bayram proqramı çərçivəsində müxtəlif səhnəciklər, milli musiqilər və rəqs nömrələri təqdim edilib, Novruz personajlarının iştirakı tədbirə xüsusi ab-hava qatıb.
Tədbirdə məktəblilərin və mədəniyyət işçilərinin çıxışları maraqla qarşılanıb, kənd ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib.
Sonda qeyd olunub ki, bu cür tədbirlər milli irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.