17.03.2026
Gədəbəydə Novruz bayramı təntənə ilə qeyd olunub
Martın 17-də Gədəbəy Rayon İcra Hakimiyyətinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Gədəbəy rayon Komitəsinin və Gədəbəy rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Parkında Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib.
Tədbirdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər. Bayram proqramı çərçivəsində qədim el sənəti nümunələri nümayiş etdirilib, folklor kollektivlərinin çıxışları və milli rəqslər təqdim olunub. Tədbirdə çıxış edənlər Bahar bayramının xalqımızın birliyini və həmrəyliyini gücləndirdiyini bildirib, hər kəsə firavanlıq arzulayıblar.
Ümumrayon tədbiri Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələri əməkdaşlarının Novruza həsr etdikləri geniş bayram konserti ilə davam etdirilib.