Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuzda ”Səməd Vurğun-120” mövzusunda dəyirmi masa təşkil edilib

16.03.2026

16 mart 2026-cı il tarixdə Tovuz rayon Mərkəzi kitabxanası A. Qasımov adına şəhər tam orta məktəbdə  Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyi ilə əlaqədar "Səməd Vurğun-120" mövzusunda dəyirmi masa təşkil edib.
 Tədbirdə ilk öncə şagirdlərə Azərbaycan ədəbiyyatında öz dəst-xətti ilə seçilən görkəmli şairin həyat və yaradıcılığı ilə bağlı geniş məlumat verilib. Çıxış edənlər onu da bildiriblər ki, öz qaynağını xalq yaradıcılığı çeşməsindən götürmüş Səməd Vurğun sənəti  xalqın dühası kimi zəngin eyni zamanda sadədir. Cəmi əlli il ömür sürmüş uştad şairin zəngin yaradıcılıq irsində onun mənzum dram əsərləri də xüsusi yer tutur. O, tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuş, öz əsərləri isə rus, gürcü tacik, özbək, alman və başqa dillərə tərcümə olunmuşdur.
 Tədbirin sonunda şagirdlərin ifasında Səməd Vurğunun "Azərbaycan", Ceyran", "Bənövşə" və başqa  şeirlərindən parçalar səsləndirilib.