14.03.2026
14 mart 2026-cı il tarixində Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Ağstafa rayon Tarix Diyarşünaslıq Muzeyi və Ağstafa rayon Mədəniyyət Mərkəzinin 1 saylı folklor evi və MİHİ-nin Ağstafa rayon Komitəsinin birgə təşkilatçılığı ilə "Xoş gəlmisən, Novruzum" adlı təbdir keçirilib.
Tədbiri giriş sözü ilə açan aparıcılar qeyd etdilər ki, Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Qədim tarixə malik Novruz həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan mirasdır. Tarixən milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz bayramı özündə paklığı, mühüm insani dəyərləri tərənnüm edir.
Bayram şənlində uşaqlar baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar oxuyub, şeirlər söyləyib, maraqlı səhnəciklər nümayiş etdiriblər. Aşıqarın ifasında saz havaları dinlənildi, haxıştalar söylənildi. Şagirdlərin ifasında milli rəqslər, xalq oyunları, Keçəl və Kosanın məzəli əhvalatları tədbirə rəngarənglik qatdı.
Tədbirlərdə bayram tonqalı qalandı, uşaqlar tonqal ətrafında yallı getdilər.