13.03.2026
13 mart 2026-cı il tarixində Tovuz Rayon Mədəniyyət Mərkəzinin,Tovuz Dövlət Rəsm Qalereyasının və MKS-nin Uşaq şöbəsinin birgə təşkilatçılığı ilə Novruz bayramı ərəfəsində "Elimizə bahar gəlir" adlı əyləncəli tədbir təşkil olunub.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərliyi günündə (martın 20-si və ya 21-dən başlayıb 25-nə qədər) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıc bayramı kimi qeyd ediblər.