12.03.2026
12 mart 2026-cı il tarixdə Tovuz rayon Mərkəzi kitabxananın əməkdaşları A.Qasımov adına şəhər tam orta məktəbində Xalq şairi, dramaturq Süleyman Rüstəmin anadan olmasının 120 illiyinə həsr olunmuş "Süleyman Rüstəm- 120" başlığında tədbir təşkil ediblər.
Tədbirdə kitabxana əməkdaşları tərəfindən qüdrətli söz ustası Süleyman Rüstəmin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilib və vurğulanıb ki, Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndələrindən biri olan şair öz yaradıcılığında vətənə sevgi, xalqın həyatı və insan duyğularını böyük ustalıqla tərənnüm etmişdir. Onun şeirləri sadə və təsirli dili ilə oxucuların qəlbində xüsusi yer tutur. Süleyman Rüstəmin zəngin ədəbi irsi bu gün də Azərbaycan poeziyasında dəyərli bir xəzinə kimi yaşayır.
Tədbirdə həmçinin məktəblilərin ifasında şairin "Təbrizim", "Yenə Araz qırağında", "Ana ürəyi", "Ana və poçtalyon" və başqa şeirlərindən parçalar səsləndirilib və "Süleyman Rüstəm-120" başlıqlı sərgiyə baxış olub.