Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon MKS-də ”Zəfərimizin beşinci ili ” kitabının təqdimatı keçirilib

10.03.2026

10 mart 2026-cı il tarixdə Tovuz rayon Mərkəzi kitabxanasında şairə Sevinc Mələyin "Zəfərimizin beşinci ili " kitabının təqdimatı keçirilib.               
Tədbirdə Tovuz yazarları, fəal oxucular və kitabxana əməkdaşları iştirak ediblər. 
Təqdimat mərasimini açan aparıcı müəllifin yaradıcılıq yolu haqqında məlumat verib və yeni kitabın əhəmiyyətindən danışıb. Qeyd olunub ki, "Zəfərimizin beşinci ili” kitabında toplanmış şeirlər insan duyğularını, həyat fəlsəfəsini və vətənə bağlılıq hisslərini poetik şəkildə əks etdirir.
Tədbir zamanı bir sıra tanınmış ədəbiyyat nümayəndələri çıxış edərək müəllifin yaradıcılığını yüksək qiymətləndiriblər, kitab haqqında fikirlərini bölüşüblər. Daha sonra müəllif öz şeirlərindən nümunələr səsləndirib və oxucuların suallarını cavablandırıb.
Sonda müəllif oxucular üçün kitablarını imzalayıb və xatirə şəkilləri çəkdirilib.