Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gədəbəydə “Yel Çərşənbəsi” qeyd edilib

10.03.2026

10 mart 2026-cı il tarixdə Gədəbəy rayon Qaraməmmədli kənd Diyarşünaslıq evində mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə “Yel Çərşənbəsi” münasibəti ilə tədbir keçirildi.

Tədbirdə Kiçik Qaramurad, Böyük Qaramurad, Novosaratovka Gər-Gər kənd klubları və Novosaratovka 1 saylı, Novoivanovka, Böyük Qaramurad, Gər-Gər kənd kitabxana filiallarının əməkdaşları iştirak etdi.

İlk öncə Ümumilli Lider Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə bayram xonçaları səmənilər düzüldü. Tədbir uşaqların səsləndirdiklər mahnılarla, rəqslərlə davam etdi.

Tədbirin sonunda tonqal qalandı və ətrafında Yallı gedildi.