07.03.2026
07 mart 2026-cı il tarixində Tovuz rayon Tarix- Diyarşünaslıq Muzeyində Yel çərşənbəsi ilə əlaqədar "Baharın nəfəsi" adlı tədbir keçirildi.
Muzeyin direktoru Qasımova Günel xanım çıxış edərək bildirdi ki, Yel Çərşənbəsi xalqımızın qədim bayramı olan Novruz ərəfəsində qeyd olunan dörd çərşənbədən biridir. Bu çərşənbə xalq arasında külək çərşənbəsi kimi də tanınır. İnanca görə, bu gün əsən küləklər təbiəti oyadır, ağacların budaqlarını tərpədir və baharın gəlişini müjdələyir. Qədim inanclara əsasən, Yel Çərşənbəsində əsən külək torpağı oyadır və təbiətə yeni həyat gətirir. İnsanlar bu günü böyük sevinclə qarşılayır, evlərini təmizləyir, həyətlərini səliqəyə salırlar. Yel Çərşənbəsi xalqımızın təbiətə olan hörmətini və bahara olan sevgisini göstərir. Bu gün insanlar yaxşı niyyətlər edir, yeni ilin bolluq, bərəkət və xoşbəxtlik gətirməsini arzulayırlar.