Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa Dövlət Rəsm Qalereyasında ”Hüquqlarımız Gələcəyimizin Təminatıdır” adlı tədbir keçirilib

10.06.2026

10 iyun 2026-cı il tarixində Ağstafa Dövlət Rəsm Qalereyasında "İnsan Hüquqları Aylığı" çərçivəsində "Hüquqlarımız Gələcəyimizin Təminatıdır" adlı tədbir keçirildi. Tədbirdə qalereyanın direktoru v.i.e Mehriban Hüseynova çıxış edərək bildirib ki, insan hüquqlarının qorunması cəmiyyətdə ədalətin, sülhün və sabitliyin təmin olunmasına kömək edir. Hər bir dövlət və vətəndaş bu hüquqlara hörmət etməli və onların müdafiəsinə çalışmalıdır. İnsan hüquqları demokratik və hüquqi dövlətin əsas prinsiplərindən biridir.

Tədbirin sonunda dərnək üzvlərinin mövzunu əks etdirən rəsmlərinə baxış keçirildi.