09.06.2026
Muzeydə “Hüquqlarımız və Milli Dəyərlərimiz” mövzusunda tədbir keçirilib
İnsan Hüquqları Aylığı çərçivəsində 09 iyun 2026-cı il tarixində Şəmkir Tarix-Diyarşünaslıq Muzeyində “Hüquqlarımız və Milli Dəyərlərimiz” mövzusunda tədbir keçirilib.
Tədbir Şəmkir Rayon İcra Hakimiyyətinin və Şəmkir Rayon Təhsil Sektorunun dəstəyi, rayonun mədəniyyət müəssisələrinin əməkdaşlığı, Şəmkir Rayon Uşaq Səfirlər Məclisinin fəal üzvlərinin təşəbbüsü ilə təşkil olunub.
Tədbirin əsas məqsədi insan hüquqları barədə maarifləndirmənin gücləndirilməsi, milli-mənəvi dəyərlərimizin təbliği, gənc nəslin hüquq və vəzifələri haqqında məlumatlandırılması olub. Çıxış edənlər insan hüquqlarının qorunmasının cəmiyyətin inkişafında mühüm rol oynadığını vurğulayaraq, milli dəyərlərimizin bu hüquqların formalaşmasında xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər.